...

İtaliyalı nümayəndə: Azərbaycanda bədii gimnastikanın inkişafı üçün Avropa ölkələrindən də gözəl şərait yaradılıb

İdman Materials 15 İyun 2014 13:58 (UTC +04:00)
Azərbaycanda bədii gimnastikanın inkişafı üçün Avropa ölkələrindən də gözəl şərait yaradılıb. Bu barədə Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən İtaliya yığmasının nümayəndəsi Yuliya Namatenko deyib.
İtaliyalı nümayəndə: Azərbaycanda bədii gimnastikanın inkişafı üçün Avropa ölkələrindən də gözəl şərait yaradılıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda bədii gimnastikanın inkişafı üçün Avropa ölkələrindən də gözəl şərait yaradılıb. Bu barədə Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən İtaliya yığmasının nümayəndəsi Yuliya Namatenko deyib.

Çempionatın yüksək səviyyədə təşkil olunduğunu deyən Y.Namatenko idmançılar üçün lazım olan bütün şəraitin yaradıldığını qeyd edib.

Milli Gimnastika Arenasının möhtəşəmliyindən heyran olduğunu deyən Y.Namatenko qeyd edib ki, bu cür şəraitdə gimnastika inkişaf etməyə bilməz: "Hesab edirəm ki, bu cür şəraiti olan idmançı mütləq yüksək yerlər tutmalıdır".

Azərbaycanda ilk dəfə olduğunu deyən atlet xalqımızın qonaqpərvərliyindən və Bakının gözəlliyindən məmnun qaldığını bildirib: "Mən Bakıya birinci dəfə gəlmişəm, şəhəri çox bəyəndim, düzünü desəm, Bakının bu qədər gözəl olduğunu və insanlarının bu qədər qonaqpərvər olduğunu təsəvvür etmirdim. Hər zaman Azərbaycanı xoş təəssüratlarla xatırlayacağam və inanıram ki, Azərbaycan gələcəkdə də bu cür möhtəşəm yarışlara ev sahibliyi edəcək, çünki bunun üçün Azərbaycanda hər cür şərait var".

Qeyd edək ki, iyunun 13-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Dünən Azərbaycan Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniorların komanda yarışında üçüncü yeri tutub. Azərbaycan ümumilikdə 94.364 bal toplayıb.

Qızıl medala Rusiya komandası yiyələnib. Hakimlər onların çıxışlarını 96.815 balla qiymətləndiriblər. İkinci yerdə 94.715 balla Belarus komandası qərarlaşıb.

Bədii gimnastika üzrə Avropa çempionatı bu gün başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti