Azərbaycan, Bakı, 16 iyun /Trend/
Braziliyada dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
Trend-in məlumatına görə, G qrupunun ilk matçına Almaniya və Portuqaliya milliləri üz-üzə gəlib. Bu oyunda almanlar portuqaliyalılara futbol dərsi keçib. Qarşılaşma 4:0 Almaniyanın xeyrinə bitib (Tomas Müller, 12-pen (1:0), Mats Hummels, 32 (2:0), Tomal Müller, 45+1 (3:0), 78 (4:0).