...

Nabranda ayaqlarından zədələnmiş 4 yaşlı İmran Cəfərov Uşaq Paralimpiyasına qoşuldu (FOTO)

İdman Materials 21 İyul 2014 15:49
4 yaşlı İmran Cəfərov Uşaq Paralimpiyasına qoşulub.
Nabranda ayaqlarından zədələnmiş 4 yaşlı İmran Cəfərov Uşaq Paralimpiyasına qoşuldu (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

4 yaşlı İmran Cəfərov Uşaq Paralimpiyasına qoşulub.

Bu barədə Trend-ə Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov deyib.

K.Məmmədovun sözlərinə görə, ötən il Nabranda istirahət mərkəzlərindən birində ayaqlarından zədə almış İmran Cəfərov valideyinləri ilə birlikdə Milli Paralimpiya Komitəsinə dəvət olunub və İmranın Uşaq Paralimpiya Komitəsində yaradılmış üzgüçülük idman növünə cəlb olunması təklif olunub: "İdman növü haqqında ətraflı məlumat verilərək izah edilib ki, İmranın bu idman növünə cəlb edilməsi onun reabilitasiya keçməsi ilə bərabər cəmiyyətə inteqrasiya olunmasına da şərait yaradacaq. Görüş zamanı onlar üzgüçülük idman növü üzrə məşqçi ilə tanış edilib və qərara alınıb ki, növbəti həftədən İmran məşqlərə başlasın".

Məşqlər ilkin mərhələdə komitənin psixoloqu və valideyinlərin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, 2013-cü ilin iyul ayında Nabrandakı istirahət mərkəzlərinin birində ayaqlarından zədə almış 3 yaşlı İmran Cəfərov president İlham Əliyevin tapşırığı ilə dövlət hesabına Almaniyada müalicə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti