Azərbaycan, Bakı, 26 avqust /Trend/
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 3-cü turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Avqustun 23- Premyer Liqanın III turunun "Bakı" - "Qəbələ" matçında "Bakı" klubunun azarkeşləri tərəfindən açılmış pankarta görə klub 5000 manat cərimə olunub.
Qeyd edək ki, həmin oyunda "AFFA - Mafia" sözləri yazılan pankart nümayiş etdirilmişdi.
Avqustun 24-də "Simurq" - "Xəzər Lənkəran" matçının 90+2-ci dəqiqəsində "Simurq" klubunun 11 №-li futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.