Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın dördüncü turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan Premyer Liqasının IV turunun "Qarabağ" - "Bakı" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Qəbələ" - AZAL matçında AZAL klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Oyunun 90+3-cü dəqiqəsində AZAL-ən futbolçusu Eduardo Manuel idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Sumqayıt" - "Araz Naxçıvan" matçında "Araz Naxçıvan"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib. Oyunun 52-ci dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
"Xəzər Lənkəran" - "İnter" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.