...

“Zirə” çempionata qələbə ilə başladı (FOTO)

İdman Materials 7 Sentyabr 2014 20:18 (UTC +04:00)
Bu gün birinci divizionda çempionatın ilk turundə “Zirə” futbol klubu ilə MOİK arasında oyun keçirilib.
“Zirə” çempionata qələbə ilə başladı (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün birinci divizionda çempionatın ilk turundə "Zirə" futbol klubu ilə MOİK arasında oyun keçirilib.

Trend-in məlumatına görə, Zirə İdman Kompleksində keçirilən oyunun birinci hissəsi heç-heçə sona çatıb. Oyunun ikinci hissəsinin əvvəlində "Zirə" komandası hesabı açıb.

Oyun 1:0 hesabı ilə "Zirə" komandasının xeyrinə başa çatıb.

Qeyd edək ki, sentyabrın 5-də Bakıda yeni yaradılmış "Zirə" Peşəkar Futbol Klubunun geniş ictimaiyyətə təqdimatı mərasimi keçirilib. I divizionun debütantı olan "Zirə" Futbol Klubunun yaxın dövr ərzində hədəfi Premyer Liqada təmsil olunmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti