Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Almaniyanın Texniki Nəzarət Agentliyi 2014-cü il futbol üzrə dünya çempionatından sonra hakimlərin istifadə etdiyi spreyin qadağan olunmasını tələb edir.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, tədqiqatçılar spreydə orqanizmə düşdüyü zaman hormonal dəyişikliklərə səbəb olan parabenlər aşkarlayıblar.
Məlumata görə, Almaniya Bundesliqasında həmin spreylərdən istifadə olunması məhkəmə iddiaları və cərimələri mövzusuna çevrilə bilər.