Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/
AFFA-nın baş katibi UEFA-nın tədbirində iştirak edir.
Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində UEFA-nın "Top Executive" proqramı çərçivəsində iclası öz işinə başlayıb.
Avropa futbol qurumunun üzvü olan milli assosiasiyaların prezidentlərinin və baş katiblərinin iştirak etdiyi tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov təmsil edir.