...

AFFA Braziliya Futbol Federasiyaları ilə əməkdaşlıq edəcək?

İdman Materials 6 Noyabr 2014 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

AFFA rəhbərliyi Braziliyanın idman naziri ilə görüşüb.

Trend qurumun saytına istinadən məlumat verir ki, AFFA prezidenti Rövnəq Abdullayev ölkəmizdə səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelo ilə görüş keçirib. Görüşdə AFFA ilə Braziliya Futbol Federasiyaları arasında əməkdaşlıq layihələri müzakirə olunub.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katibi Elxan Məmmədov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti