...

Sorgu: "Qarabağ" öndədir

İdman Materials 24 Dekabr 2014 14:08 (UTC +04:00)
Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri” layihəsinin yekunları ilə əlaqədar mükafatlandırma mərasimi keçirib
Sorgu: "Qarabağ" öndədir

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri" layihəsinin yekunları ilə əlaqədar mükafatlandırma mərasimi keçirib.

Trend-in məlumatına görə, "Demirchi Tower"də təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyi, müxtəlif federasiyalar veteran futbolçular və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

İAM-ın jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində aşağıda qeyd olunan 9 nominasiya üzrə qaliblər müəyyənləşib:


1. İlin idman xadimi: Azad Rəhimov (Gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunlarının baş icraçı direktoru)

2. İlin yerli idmançısı: Hacı Əliyev (sərbəst güləş üzrə Avropa və dünya çempionu)

3. İlin yerli futbolçusu: Qara Qarayev ("Qarabağ")

4. İlin əcnəbi idmançısı: Riçard Almeyda ("Qarabağ")

5. İlin komandası (kollektiv idman növləri üzrə): "Qarabağ"

6. İlin baş məşqçisi (bütün idman növləri üzrə): Qurban Qurbanov ("Qarabağ")

7. İlin idman jurnalisti: Natiq Muxtarlı (Komanda.az saytı)

8. İlin mətbuat katibi: Nurlan İbrahimov ("Qarabağ")

9. İlin fəal azarkeşi: İlqar Həmzəyev

Qeyd edək ki, İAM "İlin qalibləri" layihəsi üzrə ilk tədbiri 2013-cü ilin sonlarında həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti