Azərbaycan, Bakı, 9 yanvar /Trend/
AZAL Peşəkar Futbol Klubunun əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi baş verib.
Trend-in klubun saytına istinadən yaydığı xəbərə görə, Mehman Babayevlə yolları ayıran rəhbərlik boş qalmış baş məşqçi vəzifəsini Elnur Zeynalova həvalə edib.
Buna qədər AZAL-ın U-19 komandasını çalışdırmış E.Zeynalov artıq dünən əvəzediciləri məşqə də çıxarıb.