...

Şaolin döyüş sənəti idman növü üzrə açıq birincilik keçirilib (FOTO)

İdman Materials 15 Yanvar 2015 17:00 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 20 Yanvar şəhidlərinin 25 illiyinə həsr olunan şaolin döyüş sənəti idman növü üzrə açıq birincilik keçirilib.
Şaolin döyüş sənəti idman növü üzrə açıq birincilik keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" İdman Klubunun 20 Yanvar şəhidlərinin 25 illiyinə həsr olunan şaolin döyüş sənəti idman növü üzrə açıq birincilik keçirilib.

Trend-in məlumatına görə, turnirdə iştirak edən idmançılar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, daha sonra yarışlara start verilib.

Azərbaycan Texniki Universitetinin idman zalında keçirlən çempionatda paytaxt və respublikanın digər şəhər və regionlarından olan 11 komandadan 101 idmançı mübarizə aparıb. Turnirdə kiçik yaşlı yeniyetmələr, yeniyetmə və gənclər arasında bütün yaş qrupu və çəki dərəcələri üzrə idmançılar qüvvələrini sınayıblar.

Məqsəd İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" İdman Klubunda ən güclü idmançıları aşkara çıxartmaq, milli komandaya yeni idmançıları cəlb etməklə yanaşı, kiçik kadetlər, kiçik yeniyetmələr, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsinə zəmin yaratmaq olub.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib adı qazanan idmançılar diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunub. Eyni zamanda, yarışda fərqlənən ən texnikalı, ən gənc və ən əzmkar idmançılara, həmçinin hər yaş qrupunda seçilən məşqçilərə və hakimlərə klub tərəfindən mükafatlar təqdim olunub.

Milli Olimpiya Komitəsi Ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev tərəfindən ədalət prinsiplərinə sadiq idmançı, məşqçi və hakim nominasiyaları üzrə xüsusi mükafatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti