Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) üç böyük sponsoru qurumun prezidenti Yozef Blatterin fəaliyyətindən narazı olduqlarına görə FİFA ilə əməkdaşlığı davam etdirməmək qərarına gəliblər. Trend xəbər verir ki, bu barədə TASS "Teleqraf" qəzetinə istinadən məlumat yayıb.
"Castrol", "Continental", "Johnson & Johnson" şirkətlərinin nümayəndələri mətbuata "Blatter rejimi ilə münasibətləri pozduqlarını" təsdiqləyiblər.
Bundan əvvəl "Sony" və "Emirates" şirkətləri FİFA ilə müqaviləni uzatmayıblar.
Teleqraf" qəzetinin məlumatına görə, həmin 5 şirkət FİFA-ya hər 4 ildən bir 1,5 milyard dollar gətirirdi.