...

"Barselona"nın tarixinə düşən matç

İdman Materials 12 Fevral 2015 17:42 (UTC +04:00)
Lionel Messi "Barselona"da 21 mart 2010-cu ildən bəri ilk dəfə olaraq başqa bir oyunçunun penalti vurmasına icazə verdi.
"Barselona"nın tarixinə düşən matç

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Məftun Salmanov/

Lionel Messi "Barselona"da 21 mart 2010-cu ildən bəri ilk dəfə olaraq başqa bir oyunçunun penalti vurmasına icazə verdi.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu əlamətdar hadisə İspaniya Kuboku çərçivəsində "Barselona" - "Vilyareal" oyununa təsadüf edib.

Beş ildən sonra L.Messi meydanda ikən digər komanda yoldaşı ilk dəfə penalti zərbəsini vurub. Kataloniya təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi oyunda Neymar 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib.

Qeyd edək ki, L.Messi sonuncu dəfə 21 mart 2010-cu il tarixində Saraqosa ilə matçda Zlatan İbrahimoviçə penalti vurmağa icazə vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti