...

Budapeştdə ilk Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək

İdman Materials 20 Fevral 2015 14:53 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunlarının təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Macarıstanın Budapeşt şəhərində rəsmi səfərdədir.
Budapeştdə ilk Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Bakı 2015 Avropa Oyunlarının təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Macarıstanın Budapeşt şəhərində rəsmi səfərdədir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu gün Budapeştin məşhur "Viqado" Mərasim Zalında baş tutacaq təqdimat mərasimində nazir Azad Rəhimov çıxış edərək, ölkənin birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında görülən işlər, oyunlara hazırlıq prosesi haqda məlumatlar verəcək.

Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları I Avropa Oyunlarının Budapeşt şəhərində təqdimatı çərçivəsində ölkəmizin mədəniyyətini, tarix və adətlərini, I Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işləri özündə əks etdirən videoçarx nümayiş olunacaq.

Tədbirdə müxtəlif ölkələrin Macarıstandakı diplomatik nümayəndələri, dövlət məmurları, parlament üzvləri və jurnalistlər də iştirak edəcək.

Təşrif buyurmuş qonaqlara eyni zamanda Azərbaycan milli mətbəxindən yeməklər də təqdim ediləcək. Sərgi çərçivəsində qonaqlara I Avropa Oyunları ilə bağlı bukletlər, suvenirlər və jurnallar da paylanacaq.

Tədbirin sonunda qonaqlara konsert proqrami təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti