...

Azərbaycan Gimnastika Federasiyasının yeni loqosu və internet səhifəsi təqdim edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

İdman Materials 3 Mart 2015 16:07 (UTC +04:00)
Bu gün Azərbaycan Gimnastika Federasiyasının (AGF) yeni loqosu və internet səhifəsi - www.agf.az təqdim edilib.
Azərbaycan Gimnastika Federasiyasının yeni loqosu və internet səhifəsi təqdim edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Gimnastika Federasiyasının (AGF) yeni loqosu və internet səhifəsi - www.agf.az təqdim edilib.

Trend-in məlumatına görə, yeni loqo və internet səhifəsi martın 4-6-da Azərbaycanda keçiriləcək gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına həsr olunmuş mətbuat konfransında təqdim edilib.

Gül formasında olan yeni loqo haqqında məlumat verən AGF-nin marketinq üzrə direktoru Səbri Gülmalıyev qeyd edib: "Düşündük ki, ən optimal simvol güldür. Çünki gülün mənası gimnastika ilə çox paralel olaraq gedir. Gimnastika kimi gül də yeniliyin, gözəlliyin, sağlamlığın rəmzidir".

O bildirib ki, yeni loqoda Azərbaycana doğma olan Xəzərin və Bakının qədim klassik arxitekturasının rəngləri istifadə olunub.

Marketinq üzrə direktor yeni sayt (www.agf.az) haqqında da məlumat verib. O, qeyd edib ki, yeni internet səhifəsinin yaradılmasında əsas məqsəd insanların məlumat almaq imkanlarını asanlaşdırmaqdır: "Yeni internet səhifəmizi yaradarkən qarşımıza məqsəd qoymuşduq ki, gimnastika ilə, bizim federasiya ilə maraqlanan insanlar hər hansı bir məlumatın əldə olunmasında çətinlik çəkməsinlər və həmin məlumatlar asanlıqla əldə olunsun".

S.Gülmalıyev vurğulayıb ki, sayt bir neçə blokdan ibarətdir və əsas blokda AGF-nin prezidenti Mehriban xanım Əliyevanın fikirləri öz əksini tapıb: "Daha sonra Milli Gimnastika Arenasının və Bakı-2015 Avropa Oyunlarının internet səhifələrinə keçid təqdim olunur. Sonra isə səhifədə 6 gimnastika növü ilə yaxından tanış olmaq mümkündür".

O, qeyd edib ki, saytda yığma komanda və idmançılar barədə də ətraflı məlumat əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti