...

Gənc güləşçilərimiz Rusiyadan 1 medalla qayıdıb

İdman Materials 10 Mart 2015 12:29 (UTC +04:00)
Güləşçilərimiz Saxa (Yakutiya) Respublikasından 1 bürünc medal qazana bilib.
Gənc güləşçilərimiz Rusiyadan 1 medalla qayıdıb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Güləşçilərimiz Saxa (Yakutiya) Respublikasından 1 bürünc medal qazana bilib.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının Saxa Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Güləşçilərimiz turnirdə 1 bürünc medal qazanıb.

Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) mübarizə aparıb. Yığmamızın qazandığı bürünc medalı 55 kq çəki dərəcəsində yarışan Əfqan Xaşalov əldə edib.

Olimpiya dərəcəli hakim Hicran Şərifov turnirdə Dünya Güləş Birliyinin nümayəndəsi kimi yarışların gedişinə nəzarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti