...

Bakıda bədii gimnastika üzrə ilk "Təhsil" açıq kuboku keçirilib (FOTO)

İdman Materials 7 Aprel 2015 17:04 (UTC +04:00)
Bu gün Bakı Gimnastika Məktəbində bədii gimnastika üzrə ilk "Təhsil" açıq kuboku keçirilib.
Bakıda bədii gimnastika üzrə ilk "Təhsil" açıq kuboku keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Bu gün Bakı Gimnastika Məktəbində bədii gimnastika üzrə ilk "Təhsil" açıq kuboku keçirilib.

Trend-in məlumatına görə, turnirdə 11 cəmiyyətdən 99 gimnast və 8 qrup komandası iştirak edib. Onlar arasında Kürdəmir, Göyçay və Xırdalan şəhərlərindən cəmiyyətlər olub.

Bakı Gimnastika Məktəbinin gənc qız və oğlan gimnastları rəngarəng nümunəvi çıxışlar göstəriblər.

Mükafatlandırma mərasimində Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, ölkənin bədii gimnastika üzrə yığmasının baş məşqçisi Mariana Vasileva, Bakı Gimnastika Məktəbinin direktoru Adil Hüseynzadə və "Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov iştirak ediblər.

Bakı Gimnastika Məktəbinin idmançı qızları bütün mükafat kateqoriyalarında təmsil olunublar.

Qeyd edilib ki, belə yarışlar bu idman növünün inkişafına, onun gənc nəsil arasında populyarlaşmasına xidmət edir, eləcə də I Avropa Oyunları ərəfəsində bədii gimnastika azarkeşlərini daha iri yarışlara hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti