...

Azarkeşlik etməyə getdi, həyatını itirdi

İdman Materials 4 May 2015 05:45 (UTC +04:00)
Polşanın Knuruve şəhərində “Konkordiya” və “Rux” futbol komandaları arasında keçirilən yarış zamanı polislə azarkeşlər arasında qarşıdurma yaranıb.
Azarkeşlik etməyə getdi, həyatını itirdi

Azərbaycan, Bakı, 4 may /Trend/

Polşanın Knuruve şəhərində "Konkordiya" və "Rux" futbol komandaları arasında keçirilən yarış zamanı polislə azarkeşlər arasında qarşıdurma yaranıb.

Trend lenta.ru-ya istinadən xəbər verir ki, qarşıdurmaya polislərin yarış zamanı azarkeşlərdən birinə atəş açması səbəb olub.

Beləki, yarış zamanı azarkeşlər futbol meydançasına partlayıcı paketlər atıb və hakim oyunu dayandıran zaman hakimə hücum etməyə cəhd ediblər. Bu zaman isə polis onları sakitləşdirmək üçün güc tətbiq edib və rezin güllələrdən atəş açıblar.

Atəş nəticəsində azarkeşlərdən biri boynundan xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Daha sonra 200 nəfərdən ibarət qrup ilə polis əməkdaşları və xəstəxananın mühafizəçiləri arasında dava düşüb. Bu zaman isə 14 polis əməkdaşı xəsarət alıb və bir neçə azarkeş saxlanılıb.

Xəbər lenti

Xəbər lenti