...

“Barselona” Çempionlar Liqasının finalına itki ilə çıxa bilər

İdman Materials 31 May 2015 16:09 (UTC +04:00)
İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Andres İnyesta Çempionlar Liqasının finalında “Yuventus”la oyunu buraxa bilər.
“Barselona” Çempionlar Liqasının finalına itki ilə çıxa bilər

Azərbaycan, Bakı, 31 may /Trend/

İspaniyanın "Barselona" futbol klubunun yarımmüdafiəçisi Andres İnyesta Çempionlar Liqasının finalında "Yuventus"la oyunu buraxa bilər.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb futbolçunun İspaniya kubokunun finalında "Atletik" Bilbaoya qarşı oyunda zədələnməsidir.

31 yaşlı A. İnyesta zədələndiyinə görə matçın 55-ci dəqiqəsində Xavi ilə əvəzlənmişdi.

O, tibbi müayinədən keçdikdən sonra yarımmüdafiəçiyə dəqiq diaqnoz qoyulacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 6-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti