...

İnzaqi "Milan"ı tərk etdi

İdman Materials 16 İyun 2015 15:28 (UTC +04:00)
Filippo İnzaqi İtaliyanın “Milan” futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib
İnzaqi "Milan"ı tərk etdi

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Filippo İnzaqi İtaliyanın "Milan" futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib. Bu barədə Trend klubun saytına istinadən məlumat verir.

Xatırladaq ki, F.İnzaqi klubu mövsümün əvvəlindən çalışdırırdı. Komanda İtaliya çempionatını 10-cu yerdə başa vurub.

Mövsüm ərzində İtaliya mətbuatında komandanın avrokuboklarda iştirak edə bilməyəcəyi təqdirdə, 41 yaşlı mütəxəssisin tutduğu vəzifədən azad ediləcəyi ilə bağlı dəfələrlə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti