Azərbaycan, Bakı, 9 iyul /Trend/
"Qəbələ"nin prezidenti Tale Heydərov rəhbərlik etdiyi klubun "Dinamo"nu (Tbilisi) mübarizədən kənarlaşdırıb Avropa Liqasının ikinci mərhələsinə vəsiqə qazandığı oyuna münasibət bildirib.
Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında o, klubu ilə fəxr etdiyini deyib.
"İnanırıq ki, bundan sonra daha yaxşı olacaq. Son dəqiqələrdə hamımız çox həyəcanlı idik. Sevindirici hal oldu ki, iki qol vurduq. Qələbə qazanmağımız gözəl oldu".
T.Heydərov bildirib ki, komandası ikinci mərhələyə vəsiqə qazanıb. Onun sözlərinə görə, baş məşqçi istəyəcəyi təqdirdə "Qəbələ"yə futbolçu alınacaq: "Bir neçə oyunçu transfer etmişik. Ehtiyac olarsa yenə transferlər edərik".