...

FIFA-nın saxlanılan məmurlarından biri ABŞ-a ekstradisiya edilib

İdman Materials 16 İyul 2015 15:02 (UTC +04:00)
FIFA-nın İsveçrədə saxlanılan 15 məmurdan ilki ABŞ-a ekstradisiya edilib.
FIFA-nın saxlanılan məmurlarından biri ABŞ-a ekstradisiya edilib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

FIFA-nın İsveçrədə saxlanılan 15 məmurdan ilki ABŞ-a ekstradisiya edilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə Federal Ədliyyə Bürosundan bildiriblər.

Ekstradisiya edilənin FIFA-nın keçmiş vitse-prezidenti Ceffri Veb olduğu bildirilir.

Qeyd edək ki, mayın sonunda Sürixdə FIFA-nın bir neçə vəzifəli şəxsi korrupsiyada şübhəli bilinərək həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti