...

"Qarabağ" və "Qəbələ"nin rəqibləri məlum oldu

İdman Materials 7 Avqust 2015 16:16 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
"Qarabağ" və "Qəbələ"nin rəqibləri məlum oldu

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkatma mərasimində 44 komanda iştirak edib.

Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" püşkün nəticəsinə əsasən İsveçrənin "Yanq Boyz" komandası ilə qarşılaşacaq.

Digər təmsilçimiz "Qəbələ" isə Yunanıstanın "Panatinaikos" komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 20 avqust, cavab görüşləri isə 27 avqust tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti