...

Pedro 30 milyon avro müqabilində “Barselona”nı “Çelsi”yə dəyişdi

İdman Materials 19 Avqust 2015 15:56 (UTC +04:00)
İngiltərənin futbol klubu “Çelsi” İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Pedronun transferi üçün 30 milyon avro ödəməyə razılıq verib.
Pedro 30 milyon avro müqabilində “Barselona”nı “Çelsi”yə dəyişdi

Azərbaycan, Bakı, 19 avqust /Trend/

İngiltərənin futbol klubu "Çelsi" İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Pedronun transferi üçün 30 milyon avro ödəməyə razılıq verib. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə İspaniyanın "Marca" qəzeti xəbər yayıb.

Oyunçunun artıq Londonda olduğu bildirilib. Burada o, tibbi müayinədən keçəcək.

Sazişin bu həftə ərzində rəsmiləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Pedro 2007-ci ildən "Barselona"da çıxış edir. Futbolçu kataloniyalılar ilə birgə 5 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi olub. 2014-2015-ci illər mövsümündə Pedro keçirdiyi 50 oyunda 11 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti