Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Futbol meydanında növbəti ölüm hadisəsi baş verib.
Trend-in xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Yunanıtanın "Verii" klubunun qapıçısı Stelios Markusis məşq zamanı huşunu itirib. 18 yaşlı qolkiper xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S.Markusis bu yaxınlarda əsas heyətə dəvət olunmuşdu.
Futbolçu yaşıl meydanda öldü
Futbol meydanında növbəti ölüm hadisəsi baş verib.