...

Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

İdman Materials 11 Sentyabr 2015 10:42 (UTC +04:00)
Polo üzrə Azərbaycan milli komandası Avropa çempionatının final oyununa vəsiqəni təmin edib.
Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elmir Murad/

Polo üzrə Azərbaycan milli komandası Avropa çempionatının final oyununa vəsiqəni təmin edib.

Azərbaycan Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, Binə Atçılıq Mərkəzində Polo üzrə Avropa çempionatında 4-cü turun görüşləri keçirilib. Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada yaşıl örtüklü meydanda baş tutub.

İlk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxıblar. Görüş millimizin 11-6 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gəlib. Qarşılaşmada Almaniya təmsilçisi 5-3 hesabı ilə qələbə qazanıb. 4-cü turda keçirilən son oyunda meydana İrlandiya və İspaniya komandaları çıxəblar. Bu dəfə sevinən tərəf İrlandiya millisi olub 8-6. Beləliklə, 4 turdan sonra 100 faizlik nəticə göstərən Azərbaycan seçməsi ən pis halda ikinci yeri təmin edərək Avropa çempionatının final oyununa vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün keçiriləcək sonuncu 5-ci turda komandamız İspaniya seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:00 -da başlayacaq. Buna qədər isə saat 17:00 da meydana Almaniya və İsveçrə komandaları çıxacaqlar.

Avropa çempionatının 5-ci turuna saat 19:15-də start götürəcək İtaliya-İrlandiya oyunu ilə yekun vurulacaq. Avropa çempionatının finalı sentyabrın 12-si saat 20:30-da başlayacaq. Həlledici oyunda seçməmizin rəqibi 5-ci turun nəticələrinə əsasən bilinəcək.

İnformasiya dəstəyi - "Trend.az", "Day.az", "Milli.az"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti