...

Messi 2 ay oynamayacaq

İdman Materials 28 Sentyabr 2015 04:16 (UTC +04:00)
"Barselona"nın argentinalı hücumçusu Lionel Messi bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Messi 2 ay oynamayacaq

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Trend-in komandanın saytına istinadən verdiyi xəbərə görə, İspaniya La Liqasının 6-cı turunda "Las Palmas"a qarşı oyunda zədə alan argentinalı tibbi müayinədən keçib.

Sol dizində problem olan Messinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, L.Messi "Las Palmas"a qarşı oyunun 8-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənməli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti