Bəhreyn Bakıda ilk dəfə keçiriləcək Formula-1 yarışlarının təşkilinə öz töhfəsini verəcək (FOTO)

Bəhreyn Bakıda ilk dəfə keçiriləcək Formula-1 yarışlarının təşkilinə öz töhfəsini verəcək (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bəhreyn Motoidman Federasiyası və Bəhreyn Marşallar klubunu təmsil edən mütəxəssis qrupu gələn ilin yayında Formula 1 Avropa Qran Prisinə ev sahibliyi edən paytaxt Bakıya səfər həyata keçirib.

Trend-in məlumatına görə, yarışın Azərbaycandakı rəsmi promouter təşkilatı olan Bakı Şəhər Halqası Bəhreyn Motoidman Federasiyası ilə Azərbaycanda ilk Formula 1 yarışının təşkili işində Bəhreynli mütəxəssislərlə əməkdaşlıq mövzusunda saziş imzalayıb.

Tərəflər arasında bu əməkdaşlığı dəstəkləyən Azərbaycan Avtomobil Federasiyası (AAF) yarış zamanı trek ətrafında cərəyan edəcək idman əməliyyatlarının təşkili işini həyata keçirəcək.

Saziş pilotların həyat təhlükəsizliyi və şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərini əhatə edən yanğınsöndürmə, xilasetmə, tibbi yardım, evakuasiya və s. Kimi yarış əməliyyatlarının səlist, kəsintisiz aparılması və bilavasitə bu əməliyyatları həyata keçirən xüsusi marşallar qrupunun cəlb olunması və müvafiq təlimlərin aparılmasını özündə əks etdirən çərçivə sənədindən ibarətdir.

Yuxarıda sadalanan əməliyyatlar üzrə bilavasitə məsul olan Bəhreyn nümayəndələri Bakı Şəhər Halqası və AAF nümayəndələri ilə birlikdə Bakıdakı şəhər trasını gəzərək onun hər bir hissəsini yaxından öyrəniblər və marşalların trek üzrə paylanması üçün müvafiq məkanları müəyyən ediblər. Bu marşallar trek boyu hərəkət edən sürücülərə lazımi komanda və ismarıcları çatdırmaq üçün istifadə olunan xüsusi bayraqlarla təmin olunacaqlar.

Məlumat üçün, 2004-cü ildən Orta Şərq üzrə bütün Formula 1 yarışlarının təşkilatçılığında yer alan Bəhreyn Beynəlxalq halqasının təcrübəli marşallar komandası da 2016-cı ildə Bakıda keçiriləcək Avropa Qran Prisinin idman əməliyyatlarına cəlb olunacaq.

"Bakı Avropa Qran Prisi bir çox xüsusiyyətlərinə görə bu günədək Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərdən seçiləcək. Belə ki, Bakıda keçiriləcək Avropa Qran Prisi "Formula 1"in ən sürətli şəhər treki olaraq, 500 milyondan yuxarı TV tamaşaçının izlədiyi möhtəşəm bir hadisə olacaq" - deyə Bakı Şəhər Halqasının Baş İcraçı Direktoru Arif Rəhimov qeyd edib.

"Bəhreynli ekspertlərlə apardığımız birgə iş növbəti aylar ərzində "Bakı Şəhər Halqası" trası üzrə hazırlıq və planlama işlərində öz faydasını verəcək. Bəhreyn Motoidman Federasiyası yarış təşkilatçılığı və idman əməliyyatlarının effektiv təşkili üzrə dünya standartına imza atıb və bizim komandamız bu standarta tam cavab vermək niyyətindədir."

Uzunluğu 6 km-dən bir qədər artıq olan "Bakı Şəhər Halqası", trasın uzunluğuna görə dünyada ikincidir. Unikal Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı Formula 1 avtomobilləri Bakının UNESCO Ümumdünya İrsi siyahısına daxil olan İçəri-şəhər tarixi-memarlıq qoruğu, şəhərin müasir göydələnləri və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar simasını görəcəklər.

Bakı Şəhər Halqası haqqında

Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri (rəsmi olaraq Baku Grand Prix MMC) və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğunu [email protected] ünvanına göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Loading Bars
Xəbər lenti
Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır - Xəbərdarlıq
Azərbaycanda tikinti materiallarının istehsalı ilə bağlı son vəziyyət açıqlandı
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)
Fransa senatorlarının erməni təəssübkeşliyinin motivləri deşifrə olundu
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
Noyabrın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa yoluxanların sayı 130 minə çatır
Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı
Almaniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
"Barselona"nın stadionuna Messinin adı verilə bilər
Bakıda və regionlarda kreditləşmə artıb - Statistika
Britaniyada bir gündə koronavirusa 17 555 yoluxma qeydə alınıb
Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqladı
Meksika Senatı prezidentin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib
İbrahimoviç İsveç yığmasına qayıda bilər
S-500 HHM sistemləri 2021-ci ildə hazır olacaq
Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq
İtailyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb
Kanadada atışma baş verib, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 577 mindən çox artıb
Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Türkiyədə koronavirusdan sağalanların sayı 388 mini keçib
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb (VİDEO)
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
Bərpa olunan enerji ilə bağlı pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib (FOTO)
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri
Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb (FOTO)
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıblar
Fransada bir qrup siyasi avantürist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - Deputat
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə nə vaxtadək məzuniyyət veriləcək? - Nazirlik açıqladı
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir? - Nazirlik rəsmisindən açıqlama
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir (VİDEO)
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”: Dariuş Katsprşik, “AccessBank”ın Müşahidə Şurasının üzvü
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub (FOTO)
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Hostimul Black Friday kampaniyasına start verib
Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz - Əli Əhmədov
Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
Bütün xəbərlər