Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilir.
Trend-in məlumatına görə, Qazaxıstanın "Astana" klubu C qrupunun lideri "Benfika" komandasını qəbul edib.
Artıq 19-cu dəqiqədə meydan sahibləri hesabı açıblar. 12 dəqiqə sonra Aniçiçin qolu isə lap gözlənilməz olub - 2:0.
Birinci hissənin son dəqiqələrində portuqaliyalılar fərqi azaldıblar. 73-cü dəqiqədə Ximenes dubla imza atıb - 2:2.
Beləliklə, "Astana" Çempionlar Liqasında ilk mümkün qələbəsini əldən verib.