...

"Arsenal" "Lester Siti"ni məğlub etdi

İdman Materials 14 Fevral 2016 18:11 (UTC +04:00)
İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir
"Arsenal" "Lester Siti"ni məğlub etdi

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir.

Trend-in məlumatına görə, "Arsenal" Premyer Liqanın lideri "Lester Siti"ni qəbul edib. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Arsenal" ikinci hissədə iki qol vurmaqla matçdan qalib ayrılıb - 2:1.

Qeyd edək ki, bu qələbədən sonra xalını 51-ə çatdıran "Arsenal" turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. "Lester Siti" isə məğlubiyyətə baxmayaraq liderliyini qoruyub.

Qollar: Vardi, 45 (0:1), Uolkot, 70 (1:1), Uelbek, 90+5 (2:1)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti