...

Azarkeş: Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi yaddaqalan oldu

İdman Materials 19 Fevral 2016 19:43 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi yaddaqalan oldu.
Azarkeş: Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi yaddaqalan oldu

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi yaddaqalan oldu. Bunu Trend-ə yarışları izləmək üçün uşaqları ilə birgə Milli Gimnastika Arenasına gəlmiş azarkeş Aylin Məmmədova təəssüratlarını bölüşərkən deyib.

Tamaşaçının sözlərinə görə, artıq uzun müddətdir gimnastikanın pərəstişkarıdır: "Əvvəllər yalnız bədii gimnastika yarışlarını izləyirdim. Amma idmançılarımızın uğurları idman gimnastikasını da sevməyimə səbəb oldu. Yarışların hər üç günündə çıxışları izləməyə, sonuncu gün isə gimnastlarımızın qazandıqları medallara görə sevinməyə hazırlaşıram".

O, açılış mərasiminin yaddaqalan olduğunu bir daha vurğulayıb: "Bütün azarkeşlər mərasimə heyran qaldılar. Gimnastların milli musiqi və rəqsləri uyğunlaşdırması çox uğurlu alınmışdı, uşaqların da xoşuna gəldi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti