...

Beynəlxalq yarışda növbəti medal (FOTO)

İdman Materials 3 Mart 2016 12:51 (UTC +04:00)
Türkiyədə ənənəvi olaraq səmti müəyyən etmə idman növü üzrə keçirilən “Antalya O Days” Beynəlxalq turnirinə yekun vurulub.
Beynəlxalq yarışda növbəti medal (FOTO)

Bakı. Trend:

Türkiyədə ənənəvi olaraq səmti müəyyən etmə idman növü üzrə keçirilən "Antalya O Days" Beynəlxalq turnirinə yekun vurulub.

Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dörd gün davam edən turnirdə Azərbaycanı milli komandanın üzvü Xəyyam Məmmədov təmsil edirdi.

Ötən il olduğu kimi bu il də sözügedən yarış ölkəmiz üçün uğurlu oldu.

Belə ki, M40 kateqoriyasında ilk günün orta məsafə yarışında gərgin keçən mübarizədə idmançımız ikinci yer tutaraq ölkəmiz üçün beynəlxalq yarışda ilk gümüş medalı qazandırmış oldu.

Keçən il keçirilmiş yarışda Xəyyam Məmmədov bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti