...

FIFA prezidenti "Qarabağ"ı təbrik etdi

İdman Materials 10 May 2016 15:22 (UTC +04:00)
FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibini təbrik edib.
FIFA prezidenti "Qarabağ"ı təbrik etdi

Bakı. Trend:

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibini təbrik edib. Bu barədə Trend AFFA-nın saytına istinadən məlumat verir.

AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Premyer Liqanın 2015/2016-cı il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti