Bakı. Trend:
Mayın 25-də Azərbaycan Kubokunda 2015-2016-cı illər mövsümünün final oyunu keçiriləcək.
Trend PFL-in saytına istinadən məlumat verir ki, "Qarabağ"la "Neftçi" ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə həlledici qarşılaşmada üz-üzə gələcəklər.
Ölkə kuboku tarixində ən çox qarşılaşan bu cütün yarışda əvvəlki duellərinin balansı aşağıdakı kimidir:
Kubokda 11-ci dəfə yolları kəsişən komandalar əvvəlki 10 dueldə 18 matçda üz-üzə gəlib. 6 dəfə "Qarabağ", 4 dəfə "Neftçi" mərhələdə qalib gəlib. Ümumi qələbə sayında da üstün olan Ağdam klubu 8, paytaxt təmsilçisi 5 dəfə qələbə qazanıb. Kubokdakı son 3 qarşılaşmada hər iki komanda qol vurub.
1993 |
1/4 final |
Qarabağ (Ağdam) - Neftçi (Bakı)* |
2:1, 0:0 |
1993/94 |
1/4 final |
Qarabağ (Ağdam) - Neftçi (Bakı)** |
+:-, +:- |
1995/96 |
final |
Neftçi (Bakı) - Qarabağ (Ağdam)*** |
3:0 |
1996/97 |
1/4 final |
Neftçi (Bakı) - Qarabağ (Ağdam) |
3:2, 0:1 |
1998/99 |
1/8 final |
Neftçi (Bakı) - Qarabağ (Ağdam) |
2:0, 0:0 |
2005/06 |
1/2 final |
Neftçi (Bakı) - Qarabağ (Ağdam) |
0:0, 0:1 |
2006/07 |
1/8 final |
Qarabağ (Ağdam) - Neftçi (Bakı) |
1:2, 1:0 |
2008/09 |
1/4 final |
Qarabağ (Ağdam) - Neftçi (Bakı) |
1:0, 0:0 |
2012/13 |
1/2 final |
Neftçi (Bakı) - Qarabağ (Ağdam) |
2:1, 2:2 |
2014/15 |
final |
Qarabağ (Ağdam) - Neftçi (Bakı)*** |
3:1 |
* - qalib komanda fərqləndirilib.
** - "Neftçi" Azərbaycan çempionatı və kubokunda mübarizəni yarımçıq dayandırdığı üçün 2 oyundan ibarət olan 1/4 final mərhələsinin bu cütündə qarşılaşmalar baş tutmayıb. Texniki nəticələr qələbə sayında hesablansa da, top fərqində nəzərə alınmayıb.
*** - final oyunları neytral meydanda keçirilib.