...

Bakıda Formula 1-in texniki heyəti məşq edir (FOTO)

İdman Materials 18 İyun 2016 13:41
Bakıda Formula 1-in texniki heyəti yürüş ərəfəsində məşq edir.
Bakıda Formula 1-in texniki heyəti məşq edir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda Formula 1-in texniki heyəti yürüş ərəfəsində məşq edir.

Trend məşqdən fotoları təqdim edir.

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti