...

Berni Ekklstoun: "Bakıda "Formula 1" yürüşləri əla keçir"

İdman Materials 18 İyun 2016 16:25 (UTC +04:00)
Bakıda "Formula 1" yürüşləri çox gözəl keçir.
Berni Ekklstoun: "Bakıda "Formula 1" yürüşləri əla keçir"

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda "Formula 1" yürüşləri çox gözəl keçir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Formula One Management"in prezidenti Berni Ekklstoun deyib.

O, əla yürüş olacağını deyib.

B.Ekklstoun qeyd edib ki, Bakıda "Formula 1" mümkün qədər uzun illər təşkil olunacaq.

Bakıda Formula 1-i 42 ölkənin vətəndaşları izləyir

Bakıda Formula 1-i 42 ölkənin vətəndaşları izləyir

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti