...

“Qəbələ” qələbə ilə gəlir (VİDEO)

İdman Materials 15 İyul 2016 00:23 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib
“Qəbələ” qələbə ilə gəlir (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, “Qəbələ” Macarıstanda “MTK Budapeşt” klubunun qonağı olub.

Yerli komandanın hücumları ilə başlayan matçın 15-ci dəqiqəsində “Qəbələ”nin qapıçısı Dimitri Bezotosnıy rəqibin penalti zərbəsini dəf edib. Əvəzində 25-ci dəqiqədə Nika Kvekveskiri macarları məyus edib.

İkinci hissədə də təmsilçimiz rəqib qapısına yol tapıb – 63-cü dəqiqədə Filip Ozobiçin qapının sağ küncünə zərbəsi dəqiq alınıb. 7 dəqiqə sonra hesab arasındakı fərq minimuma enib – 1:2.

Bu, oyunda sonuncu qol olub. Beləliklə, “Qəbələ” səfərdə tarixi qələbə qazanıb.

Cavab görüşü iyulun 21-də keçiriləcək.

Qeyd edək ki, digər təmsilçilərimizdən "Neftçi" Bakıda Makedoniyanın "Şkendiya" klubu ilə qolsuz bərabərə qalıb. "Kəpəz" isə səfərdə Avstriyanın "Admira" komandasına minimal hesabla məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti