...

Azərbaycan Rio-2016-da 11-ci medalını qazandı (YENİLƏNİB-4)

İdman Materials 20 Avqust 2016 00:14 (UTC +04:00)
Bürünc medal uğrunda həlledici görüşə çıxan Hacı Əliyev Bolqarıstan idmançısı Vladimir Dubovla üz-üzə gəlib
Azərbaycan Rio-2016-da 11-ci medalını qazandı (YENİLƏNİB-4)

Digər qarşılaşmanın nəticəsi əlavə olunub (ilk xəbər avqustun 19-u saat 17:35-də yayılıb)

Bakı. Trend:

Bürünc medal uğrunda həlledici görüşə çıxan Hacı Əliyev Bolqarıstan idmançısı Vladimir Dubovla üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada güləşçimiz təmiz qələbə qazanaraq bürünc medal əldə edib.

Beləliklə, Azərbaycan Rio-2016-da aktivinə daha bir medal əlavə edib.

X X X

23:55

Azərbaycan güləşçisi Hacı Əliyev bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb.

Trend-in məlumatına görə, bu mərhələdə qazaxıstanlı Nurislam Sanayevə 10-8 hesabı ilə qalib gələn güləşçimiz bürünc medal qazanmaq üçün bolqar idmançı Vladimir Dubovla qarşılaşacaq.

X X X

19:19

Rio-2016-da 57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Hacı Əliyev bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Belə ki, onun 1/4 finalda məğlub olduğu gürcü idmançı Vladimer Xinçeqaşvili finala yüksəlib.

X X X

18:25

1/4 finalda gürcü idmançı Vladimer Xinçeqaşvili ilə güləşən Hacı Əliyev ilk hissədə rəqibindən bir xal alıb.

İkinci hissədə isə daha fəal olan rəqib qalib gəlib - 3:4.

Beləliklə, gürcü güləşçi finala çıxacağı təqdirdə, təmsilçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

X X X

17:35

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Trend-in məlumatına görə, yarışların 14-cü günündə Azərbaycan güləşçisi Hacı Əliyev mübarizəyə qoşulub.

57 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz 1/8 final mərhələsində Koreya təmsilçisi Yun Junsiklə qarşılaşıb.

Rəqibindən xeyli üstün olan idmançımız vaxtından əvvəl qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - 12:2.

H.Əliyevin 1/4 finaldakı rəqibi gürcü güləşçi Vladimer Xinçeqaşvili olacaq.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti