...

Bugünkü rəqib Qazaxıstan yığmasıdır

İdman Materials 11 Yanvar 2017 10:03 (UTC +04:00)
1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.
Bugünkü rəqib Qazaxıstan yığmasıdır

Bakı. Trend:

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmamız Qazaxıstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq.

Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00) başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti