...

Azarkeş: Gimnastlarımızın yarışlarda yüksək nəticələr göstərəcəyinə inanırıq

İdman Materials 18 Fevral 2017 14:46 (UTC +04:00)
“Ölkəmizdə gimnastika üzrə bu cür böyük, dünya səviyyəli yarışların keçirilməsi bizi çox sevindir”.
Azarkeş: Gimnastlarımızın yarışlarda yüksək nəticələr göstərəcəyinə inanırıq

Bakı. Elçin Mehdiyev - Trend:

“Ölkəmizdə gimnastika üzrə bu cür böyük, dünya səviyyəli yarışların keçirilməsi bizi çox sevindir”.

Bunu Trend-ə gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk Dünya kubokuna tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Nəsimi Sadıqov deyib.

N.Sadıqov Azərbaycanda gimnastikanın inkişafını yüksək qiymətləndirdiyini deyib:

"Bu gün Milli Gimnastika Arenasına bu qədər insanın gəlib yarışları izləməsi vətəndaşlarımızın gimnastikaya olan marağını göstərir".

N.Sadıqov gimnastlarımızın yarışlarda yüksək nəticələr göstərəcəyinə inandığını bildirib:

“Yarışların gedişindən görünür ki, gimnastlarımız yüksək nəticələr əldə edəcəklər. Ölkəmizdə belə yaxşı gimnastların olması gimnastikanın yaxşı inkişaf etdiyini göstərir. Bütün bunları görəndə bir vətəndaş kimi çox sevinirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti