...

İkinci yerin sahibi: Bakı Marafonu-2017 çox gözəl təşkil olunub

İdman Materials 30 Aprel 2017 11:40 (UTC +04:00)
Bakı Marafonu-2017 çox gözəl təşkil olunub. Bunu Trend-ə marafonda kişilər arasında ikinci yerə çıxan Türkiyə vətəndaşı Üzeyir Söylemez deyib.
İkinci yerin sahibi: Bakı Marafonu-2017 çox gözəl təşkil olunub

Trend-i buradan izləyin

Bakı. Vüqar İmanov - Trend:

Bakı Marafonu-2017 çox gözəl təşkil olunub. Bunu Trend-ə marafonda kişilər arasında ikinci yerə çıxan Türkiyə vətəndaşı Üzeyir Söylemez deyib.

O, Bakı Marafonunda ilk dəfə iştirak etdiyini bildirib: “Marafon çox gözəl təşkil olunub. İkinci yeri tutsam da, bunu uğurlu nəticə sayıram”.

Ü.Söylemez əlavə edib ki, marafona tamaşaçılar da cəlb olunsa, daha gözəl olar.

Xatırladaq ki, marafonda kişilər arasında birinci yeri 30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslan tutub.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirilib. Marafonda 13 mindən çox yürüşçü, o cümlədən, 1000-ə yaxın xarici vətəndaş iştirak edib.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti