...

FIG prezidenti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fəxri doktor”u olub (FOTO)

İdman Materials 1 May 2017 16:04 (UTC +04:00)
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fəxri doktor”u adına layiq görülüb
FIG prezidenti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fəxri doktor”u olub (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fəxri doktor”u adına layiq görülüb.

Trend-in məlumatına görə, fəxri adın təqdimatı mərasimində çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev M.Vatanabenin bu idmanın və Olimpiya hərəkatının inkişafına böyük töhfə verdiyini qeyd edərək Akademiyanın bu fəxri adı ona verdiyini vurğulayıb.

M.Vatanabe bu ada layiq görüldüyü üçün minnədarlığını bildirib: “Bu təkcə mənim üçün yox, bütün gimnastika ailəsi üçün böyük mükafatdır. Azərbaycanda gimnastika ölkənin Birinci vitse-prezidenti və Federasiyanın prezidenti Mehriban Əliyevanın dəstəyi ilə inkişaf edir. Federasiya haqqında danışarkən dostum, baş katib Fərid Qayıbovu da xüsusi qeyd etmək istərdim”.

Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov bildirib ki, Bədən tərbiyəsi və İdman Akademiyası yarandığı gündən bəri 21 nəfər bu müəssisənin fəxri doktoru adına layiq görülüb: “Morinari Vatanabenin dünya gimnastikasına verdiyi töhfələri nəzərə alaraq bu, bizim üçün böyük şərəfdir. Bu idman növü bizim üçün prioritetdir və biz sevinirik ki, Azərbaycanda gimnastika inkişaf edir və populyarlaşır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti