...

Bakı-2017: Qadın cüdoçumuz gümüş medal qazandı

İdman Materials 14 May 2017 20:15 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında qadın idmançımız İrina Kindzerska gümüş medal qazanıb.
Bakı-2017: Qadın cüdoçumuz gümüş medal qazandı

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında qadın idmançımız İrina Kindzerska gümüş medal qazanıb.

Trend-in məlumatına görə, 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İ.Kindzerska finalda türkiyəli rəqibi Kayra Sayıta məğlub olaraq gümüş medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti