...

Britaniyalı turist: İdman yarışlarını canlı izləmək çox maraqlıdır

İdman Materials 15 May 2017 17:51 (UTC +04:00)
İdman yarışlarını canlı izləmək çox maraqlıdır
Britaniyalı turist: İdman yarışlarını canlı izləmək çox maraqlıdır

Bakı. Yelena Kosolapova - Trend:

İdman yarışlarını canlı izləmək çox maraqlıdır.

Bunu Trend-ə Londondan İslam Həmrəyliyi Oyunlarını izləməyə gəlmiş turist Hafiz Bəşir deyib.

O bildirib ki, Azərbaycana dünən axşam gəlib və ilk olaraq idman gimnastikası üzrə yarışları izləyib: “Mənim çox xoşuma gəldi. Azərbaycanda olduğum üçün azərbaycanlı gimnastlara azarkeşlik edirəm”.

Onun sözlərinə görə, Londonda biletlər baha olduğu üçün idman yarışlarını əsasən televiziya vasitəsilə izləyir və Bakıda biletlərin ucuz olması onu yaxşı mənada təəccübləndirib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti