...

Stolüstü tennisçimiz qızıl medalın bir addımlığında

İdman Materials 19 May 2017 11:50 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.
Stolüstü tennisçimiz qızıl medalın bir addımlığında

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.

Trend-in məlumatına görə, qadınların fərdi mübarizəsində təmsilçimiz Jinq Ninq yarımfinalda iranlı tennisçi Neda Şahsavari ilə qarşılaşıb.

J.Ninq daha dəqiq oynayaraq finala yüksəlib - 4:1 (11:5, 12:10, 9:11, 11:4, 11:3).

Digər təmsilçimiz Miao Vanq isə finala gedən yolda türkiyəli idmançı Mələk Huya məğlub olub - 1:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti