Bakı. Trend:
Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında növbəti qızıl medalını əldə edib.
Trend-in məlumatına görə, atletimiz Yelena Çebanu qadın paralimpiyaçılar arasında 200 metr məsafəyə qaçış yarışında (T12 kateqoriyası) finiş xəttinə rəqiblərindən daha tez çatıb - 24,89 saniyə.
İndoneziya idmançısı Endanq Sitorus gümüş, mərakeşli Məryəm En-Nuri isə bürünc medal qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.