...

Bakı-2017: Daha bir güləşçimiz yarımfinalda

İdman Materials 20 May 2017 11:08 (UTC +04:00)
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Bakı-2017: Daha bir güləşçimiz yarımfinalda

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda Tociddin Xocayevlə qarşılaşıb.

H.Əliyev bu dəfə də vaxtından əvvəl qələbə qazanıb - 10:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti