...

Paytaxt məktəblisi beynəlxalq şahmat turnirinin qalibi olub (FOTO)

İdman Materials 4 Avqust 2017 14:05 (UTC +04:00)
Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub.
Paytaxt məktəblisi beynəlxalq şahmat turnirinin qalibi olub (FOTO)

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 269 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xəzər Babazadə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarışda I yerə layiq görülüb.

İdarədən Trend-ə verilən məlumata görə, X.Babazadə İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 8,5 xal toplayıb.

Turnirdə Bakı şəhərindəki 6 nömrəli məktəb-liseyin VII sinif şagirdi Toğrul Əliyev 7,5 xalla II, Naxçıvan məktəblisi Seyid Hüseyn 7 xalla III yeri tutub.

Yarışın sonunda X.Babazadəyə kubok və medal, digər 2 şahmatçıya medal təqdim olunub.

Turnirdə Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 3 qrup üzrə 8-12 yaş arasında 74 şahmatçı iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti