Bakı. Trend:
UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə E, F, G və H qrupunda yer alan komandalar meydana çıxıb.
E qrupunda Moskva “Spartak”ı “Liverpul”u qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. İlk turda “Liverpul” səfərindən 1 xalla qayıdan “Sevilya” isə “Maribor”u sınağa çəkib və 2 cavabısz qolla qalib gəlib.
Birinci turu qələbə ilə başa vuran “Mançester Siti” və “Şaxtyor” birincilərin meydanında üz-üzə gəlib. Görüş ingilislərin qələbəsi ilə başa şatıb - 2:0. “Napoli” isə ilk qələbəsini “Feyenord” üzərində qazanıb - 3:1.
Səfərdə “Portu”nu məğlub etməklə turnirə əla start verən “Beşiktaş” ardıcıl ikinci qələbəsini debütant “Leypsiq” üzərində qazanıb - 2:0. “Monako” doğma divarlar arasında gözlənilmədən "Portu"ya 3 qolla uduzub.
Günün ən çox maraq doğuran matçı Dortmundda oynanılıb. “Borussiya” “Real”la üz-üzə gəlib. Qonaqlar 3:1 heablı qələbə qazanıb. “Tottenhem” isə Kiprə səfərində APOEL-ə 3 cavabsız qolla qalib gəlib.